Sizin link burada

PSJ avrokuboklardan kənarlaşdırıla bilər

UEFA PSJ klubunu cəzalandıra bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb Paris təmsilçisinin böyük məbləğlər qarşılığında sponsorluq müqavilələri imzalamasıdır.

 

Fransızlar Kilian Mbappe və Neymarın transferi müqabilində 400 milyon avro xərc çəkmişdi. Məsələ ilə bağlı araşdırmaya başlayan qitə futbol qurumu PSJ-nin sponsorluq anlaşmalarındakı rəqəmlərin şişirdildiyini düşünür. Belə ki, klubun müxtəlif şirkətlərlə 200 milyon avro dəyərində sponsorluq müqaviləsi bağlaması şübhələrə yol açıb.

 

Klubun bütün hesablarını və sənədlərini yoxlamaq qərarına gələn qurum Maliyyə Feyr-Pley qaydalarına uyğun olmayan bir şey aşkarlasa, PSJ 1 il müddətinə avrokuboklardan kənarlaşdırılacaq. Bu baş verərsə, Fransa çempionluğuna yaxın olan klub gələn mövsüm Çempionlar Liqasında iştirakdan məhrum qalacaq.

 

Qeyd edək ki, PSJ Neymarı “Barselona”dan 222, Kilian Mbappeni isə “Monako”dan 180 milyon avroya transfer edib.

 

LENT

16 İyul 2018
15 İyul 2018

Digər xəbərlər >>>