Sizin link burada

Berlində azərbaycanlıların həmrəylik aksiyası keçirilib

Almaniyada yaşayan azərbaycanlılar Berlində, Azərbaycan səfirliyi qarşısında həmrəylik aksiyası keçiriblər.
 
 
 
APA-nın məlumatına görə, Berlin Azərbaycan Evinin təşkilatçılığı, Avropa Azərbaycanlıları Konqresi, Alman-Azərbaycan Mədəniyyət Mərkəzi, Maqdeburq Alman Azərbaycan Cəmiyyətinin dəstəyi ilə baş tutan aksiyada 200 nəfərdən çox azərbaycanlı iştirak edib.
 
 
 
Əllərində Azərbaycan bayraqları tutan aksiya iştirakçıları birlik və həmrəylik, Azərbaycana dəstək şüarlar səsləndiriblər. Aksiyada çıxış edən Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov Azərbaycanın inkişafı, ildən-ilə beynəlxalq aləmdə nüfuzunun artması ilə fəxr etdiyini vurğulayıb. S.Qasımov eyni zamanda, bu uğurlu siyasətə qısqanclıqla yanaşan müəyyən dairələrin olduğunu qeyd edib, onların son zamanlar apardığı anti-Azərbaycan kampaniyasının təəssüf doğurduğunu deyib.
 
Avropadakı bəzi soydaşlarımızın təbliğat kampaniyasına qoşulmasını və onlardan istifadə olunmasını pisləyən diaspor rəhbəri aksiya iştirakçıları adından onların bu fəaliyyətinə etirazını bildirib. O qeyd edib ki, harada yaşamasından və kim olmasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycan adını uca tutmalı, vətəninə, ölkəsinə hörmət və sevgi nümayiş etdirməlidir.
 
 
 
Mitinqdə çıxış edən AAK-ın İdarə Heyətinin üzvü, Benilüks Azərbaycanlıları Konqresinin sədr müavini Elsevər Məmmədov azərbaycanlıları birliyə, həmrəyliyə çağırıb.
 
 
 
E.Məmmədov Avropadakı bəzi azərbaycanlıların Azərbaycanın dövlətçilik maraqlarına, milli mənafelərinə qarşı fəaliyyət göstərdiklərini deyib, məqsədlərinə nail ola bilməyəcəklərini vurğulayıb.
 
 
 
Aksiyada çıxış edən Bonndakı Alman Azərbaycan Cəmiyyətinin sədri Naibə Hacıyeva, Alman-Azərbaycan Mədəniyyət Məkrəzinin rəhbəri Faiq Məmmədov, Finlandiya Azərbaycanlıları  Assosiasiyasının sədri Vasif  Muradlı, Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay və başqaları Avropadakı anti-milli qüvvələrin çıxışlarına etirazlarını bildirib, onları təhqirdən və nalayiq ifadələr işlətməkdən çəkinməyə çağırıblar.
 
 
 
İştirakçılar “Hər zaman hər yerdə səninləyik, Azərbaycan!” “Vətəndən kənarda Vətənin adını uca tutun!”, “Azərbaycan Suriya deyil, olmayacaq!” “Bizim gücümüz birliyimizdədir!” “Azərbaycan qürurumuzdur, qürurumuza toxunmayın!”, “Təhqir acizlərin son silahıdır!”, “Azərbaycanın dövlət simvollarını təhqir edənlərə ar olsun!” kimi şüarlar səsləndiriblər.
 
 
 
İki saatdan artıq davam edən aksiya insidentsiz başa çatıb.

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>