Sizin link burada

Temperatur 25 dərəcəyə qalxacaq - SABAH

Bakıda və Abşeron yarımadasında aprelin 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10, gündüz 17-22,  Bakıda gecə 8-10, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Qərb  küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 6-11, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

LENT

21 May 2018

Digər xəbərlər >>>