Sizin link burada

Azərbaycanlı müğənni nişanlandı - FOTOLAR

Bəstəkar müğənni Tunar Rəhmanoğlu ötən gün nişanlanıb. Lent.az-ın məlumatına görə, bu barədə ifaçının bacısı Azəri Günel sosial şəbəkədə xəbər verib.

 

Xatırladaq ki, ifaçının Ülviyyə adlı nişanlısı özəl məktəblərdən birində müəllimədir. 

 

Qeyd edək ki, T.Rəhmanoğlu ötən həftə “APA TV”-nin “Show time” verilişində yaxın müddətdə toyunun olacağını demişdi: “Vaxt demək mənə düşmür. Hər dəfə deyirəm, alınmır. Yaxın aylarda toy olacaq. Arada münasibətlər yaxşı olmadı. İndi yaxşılığa doğru gedir”.

 

LENT

26 Aprel 2018

Digər xəbərlər >>>