Sizin link burada

“Canavarlar” “Barsa”nı parçaladı

Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 1/4 finalın cavab oyunları çərçivəsindəki ilk qarşılaşmalar İtaliya və İngiltərədə baş tutub.
 
 
 
Romada azarkeşlər əsl möcüzəyə şahidlik ediblər. Səfərdə "Barselona"ya 1:4 hesabı ilə uduzan paytaxtın eyniadlı komandası doğma divarlar arasında katalonlara əsl şok yaşadıblar. İtaliyalılar 3 cavabsız qolla adını yarımfinala yazdırıb.
 
 
 
"Liverpul" isə 3:0-ın revanşında səfərdə də rəqibini üstələyib. "Mançester Siti" erkən qol vursa da, ÇL-nin 5 qat qalibi olan mersisaydlılar lazım olan qələbəni əldə etməyi bacarıblar.
 
 
 
Qeyd edək ki, 1/4 finalın digər iki cavab oyunu bu gün keçiriləcək.
 
 
 
Çempionlar Liqası
 
1/4 final (cavab oyunları)
 
 
10 aprel
 
 
 
“Roma” (İtaliya) – “Barselona” (İspaniya) - 3:0
 
Qollar: Ceko, 6, De Rossi, 58 (pen.), Manolas, 82
 
Baş hakim: Klemen Turpin (Fransa)
 
Roma. Olimpiya Stadionu
 
İlk oyun – 1:4
 
 
 
“Mançester Siti” (İngiltərə) – “Liverpul” (İngiltərə) - 1:2
 
Qollar: Qabriel Jesus, 2 - Salah, 57, Firmino, 76
 
İlk oyun – 0:3
 
 
 
 
 

LENT

16 İyul 2018
15 İyul 2018

Digər xəbərlər >>>