Sizin link burada

“Yuventus”da daha bir itki

“Yuventus”un daha bir futbolçusu Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”la cavab qarşılaşmasını buraxa bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, söhbət müdafiəçi Andrea Barzalyidən gedir.
 
 
 
İlk matçda 0:3 hesabı ilə məğlub olan və yarımfinal şansı möcüzəyə bərabər göstərilən “qoca sinyora”nın təcrübəli müdafiəçisi bugünkü məşqdə iştirak etməyib. 37 yaşlı futbolçunun sabahkı görüşü kənardan izləməsi istisna deyil.
 
 
 
Qeyd edək ki, “Yuventus”da Federiko Bernardeski zədə, Rodriqo Bentakur və Paulo Dibala isə cəza ucbatından “Real”la oyunu buraxacaq.

LENT

17 İyul 2018

Digər xəbərlər >>>