Sizin link burada

Türkiyə nəhəngi “azərbaycanlı” futbolçuya görə şikayət etdi

Türkiyə Superliqasının XXVIII turunda “Gənclərbirliyi”nə (0:1) məğlub olaraq liderliyi əldən verən “Qalatasaray” bunun günahını hakimdə görüb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “sarı-qırmızılılar” qarşılaşmanın baş hakimi Cüneyt Çakırın rəqib oyunçularına güzəşt etdiyini düşünürlər.
 
Xüsusən də, matçın 6-cı dəqiqəsində Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın hərəkəti “cim-bom” rəhbərliyini qəzəbləndirib. Belə ki, top uğrunda hava mübarizəsi zamanı İstanbul nəhənginin müdafiəçisi Maykonun üzərinə tullanan Yılmaz dirsəyi ilə onun sifətinə zərbə vurub.
 
“Qalatasaray” rəhbərliyi Çakırın həmin epizodda “davam” qərarı verməklə matçın nəticəsinə təsir etdiyini düşünür. Onların iddiasına görə, bu hərəkət qırmızı vərəqəlik idi və Çakır doğru qərar qəbul etsəydi, “Qalatasaray” qələbə qazanacaqdı. FİFA dərəcəli referidən narazı qalan qonaq komanda, xüsusən də, 6-cı dəqiqə baş verən epizoda görə, Türkiyə Futbol Federasiyasına şikayət edib.
 
Epizodla bağlı fikirlərini bildirən futbol şərhçisi Rıdvan Dilmən isə həmin epizodda hakimin yığmamızın milliləşən forvardını bağışladığını söyləyib.

LENT

20 Aprel 2018
19 Aprel 2018

Digər xəbərlər >>>