Sizin link burada

Röya boşanması barədə: "Biz kağız üzərində ayrılmışıq"

Əməkdar artist Röya Ayxan növbəti dəfə şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə, ifaçı Qafqazinfo.az-a müsahibəsində boşandığı həyat yoldaşı Anar Cəlilovla münasibətindən söz açıb: “Biz hamımız ailəyik. Bizim övladımız var. Onun məndən əvvəlki və sonrakı övladları mənim övladlarımdır. Bunu hər kəs bilir. Biz kağız üzərində ayrılmışıq. Amma bütöv bir ailəyik. Bunu bir müddət sonra özünüz görəcəksiz. Mən o qadınlardan deyiləm ki, o ailə haqqında pis fikirdə olum, uşağı görüşdürməyə qoymayım. Qətiyyən! Düşünürəm ki, qan bağlılığı var və onlar ömür boyu qohumlarım olaraq qalacaqlar. Qayınlarım, qayınanam var ki, onlara görə ölümə gedərəm. Qayınatam var ki, başqasının günahını daşıyır. İnşallah ki, bunun sədasını hər yana çatdırarıq, azadlığa çıxar”.

 

 

Qeyd edək ki, 2008-ci il avqust ayında Anar Cəlilovla ailə quran Röyanın həmin evlilikdən 2009-ci il oktyabrın 25-də oğlu olub. Cütlük 2014-cü ildə boşanıb. 

LENT

16 İyul 2018
15 İyul 2018

Digər xəbərlər >>>