Sizin link burada

Messi və Suaresdən DÇ-2030-a dəstək

“Barselona”nın ulduz futbolçuları Lionel Messi və Luis Suares DÇ-2030-un Cənubi Amerikada keçirilməsini dəstəkləyəcək. Apasport.az saytının məlumatına görə, cütlük Argentina, Uruqvay və Paraqvayın birgə ev sahibliyinə dəstək olmağa razılıq verib.

 

 Bunu layihənin koordinatoru Fernando Marin açıqlayıb. O bildirib ki, Messi ilə söhbət müsbət nəticələnib və argentinalı onlarla razılaşıb. Marin uruqvaylının da ona qoşulacağını qeyd edib.

 

Qeyd edək ki, DÇ-2030 mundialların yüzilliyi ilə üst-üstə düşür. İlk turnirin ev sahibi və qalibi Uruqvay həmin vaxt finalda Argentinanı 4:2 hesabı ilə məğlub edib.

 

LENT

21 İyul 2018

Digər xəbərlər >>>