Sizin link burada

Robben və Riberinin taleyinə aydınlıq gəldi

 
“Bavariya”da mövsümün sonunda müqavilələri bitəcək Aryen Robbenlə Frank Riberinin taleyinə aydınlıq gəlib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, ardıcıl 6-cı il Bundesliqa çempionu olan klub veteran futbolçularla yeni müqavilə imzalayacaq.
 
 
 
Bu barədə açıqlama verən “pivəçilər”in idarə heyətinin sədri Karl-Haynts Rummenigge sözügedən oyunçuların klubda qalmasında heç bir problem olmadığını bildirib: “Bu futbolçularla böyük uğurlar qazanmışıq. Onlarla yeni müqavilənin bütün detallarını razılaşdırmışıq. Yaxın müddətdə münasibətləri rəsmiləşdirəcəyik. Onların yaşının neçə olması önəmli deyil, əsas meydanda göstərdikləri oyundu”.
 
 
 
Qeyd edək ki, Frank Riberi 2007-ci ildən, Aryen Robben isə 2009-cu ildən “Bavariya”nın şərəfini qoruyur.

LENT

20 Aprel 2018
19 Aprel 2018

Digər xəbərlər >>>