Sizin link burada

Mundial öncəsi şok istefa

Dünya çempionatının startına çox az vaxt qalmış Yaponiya millisində şok istefa gerçəkləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, baş məşqçi Vahid Halilhodziç vəzifəsindən uzaqlaşdırılıb.
 
 
 
Mundialın startına 70 gün qalmış verilən bu qərarın səbəbi son iki yoldaşlıq görüşündəki nəticələr göstərilir. Belə ki, komanda Mali ilə bərabərə qalıb (1:1), Ukraynaya məğlub olub (1:2).
 
 
 
Hər iki rəqibin dünya çempionatından kənarda qalması və yaponların zəif çıxışı federasiya rəhbərliyini bu addımı atmağa vadar edir.

LENT

23 Aprel 2018

Digər xəbərlər >>>