Sizin link burada

“Barselona” rekordu təkrarladı, Messidən 40-cı het-trik

İspaniya La Liqasının XXXI turunda “Leqanes”lə oyun “Barselona” üçün əlamətdar olub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya təmsilçisi cari mövsümdə məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib.

 

Rəqibi üzərində 3:1 hesabı ilə qalib gələn “Barsa” La Liqada 38 matçdı (7 oyun ötən mövsümdən qalıb) ki, məğlubiyyət üzü görmür. Bununla Ernesto Valverdenin yetirmələri “Real Sosyedad”a məxsus İspaniya rekordunu təkrarlayıb. San-Sebastian təmsilçisi 1979-80 mövsümündə bu uğura nail olub.

 

Bugünkü qarşılaşmada “Barselona”nın hər 3 qolunun müəllifi olan Lionel Messi isə “Barselona”da 40-cı, ümumilikdə 45-ci het-trikini rəsmiləşdirib. Argentinalı superulduz bunun 29-nu La Liqada, 7-ni avrokuboklarda, 3-nü İspaniya Kral Kubokunda, 1-ni isə İspaniya Superkubokunda reallaşdırıb.

LENT

16 İyul 2018
15 İyul 2018

Digər xəbərlər >>>