Sizin link burada

"...ata, kişilər məni təkləyib, kömək ol" - Natavan

"Ata sevgisi başqadır. Hər uşaq həm ata, həm ana sevgisinə möhtacdır. Anamla böyümüşəm. Bizə böyük qayğı göstərib. Deyə bilərəm, atasızlığı bizə hiss etdirmədi. Amma yox, ata başqadır".
 
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Natavan Həbibi açıqlamasında deyib. Atasızlıqdan danışan sənətçi kövrəlib:
 
"Şükür ki, yanımda anam var. Amma elə məqamlar olub ki, kimləsə qarşı-qarşıya qalanda atam olmadı, deyə bilmədim ki, ata, onlar məni təkləyib, kömək ol. Bu insanlar kişilər olub. Həyat yoldaşı ilə nə qədər problemi olsa da, heç bir kişinin övladını atmağa haqqı yoxdur. Ata-qız mövzusu mənə çox təsir edir. 
 
Ürəyimdə hər zaman atamı sevmişəm. O, mənim atamdır".

LENT

19 İyul 2018

Digər xəbərlər >>>