Sizin link burada

Volkan Dəmirəl "Qarabağ"dan təklif alıb?

Türkiyə mətbuatı növbəti dəfə “Fənərbaxça”nın kapitanı Volkan Dəmirəlin 2 il öncə “Qarabağ”dan təklif alması ilə bağlı iddia ortaya atıb.

Lent.az-ın Qol.az-a istinadən verdiyi məlumata görə, xəbərdə təcrübəli qolkiperin  2016-cı ildə “Qarabağ”ın maraq dairəsində olduğu qeyd olunub. Müxtəlif vaxtlarda fərqli klubların diqqətini cəlb edən qapıçının “Fənərbaxça”ya bağlılığına görə hazırkı komandasından ayrılmadığı vurğulanıb. 2008-ci ildə “Mançester Siti”yə “yox” deyən Dəmirəl 2 il sonra “Monako”nun təklifini rədd edib. İddiaya görə, 2016-cı ildə “Qarabağ” Türkiyə millisinin sabiq üzvünə təklif göndərsə də, Volkan keçidə razılıq verməyib.

Qolkiperin “Aston Villa”, “Svansi”, “Hamburq”, “Atletiko” (Madrid) və “Milan” kimi klublardan da dəvət alıb. Volkana son təklifi isə ABŞ klublarından biri göndərib.

 

LENT

20 Aprel 2018
19 Aprel 2018

Digər xəbərlər >>>