Sizin link burada

Natavan Həbibidən çoxdan gözlənilən "Sevgi bizi yola verdi" - VİDEO

Müğənni Natavan Həbibi ifa etdiyi “Sevgi bizi yola verdi” adlı mahnısını təqdim edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, söz və musiqisi Xalis Xana məxsus mahnıya qısa bir rolik lentə aldırıb: “Nəhayət bu gün “Sevgi bizi yola verdi” adlı mahnımı sizlərin ixtiyarına verdim. Bu ərəfələrdə konsertlərlə bağlı yolumuz rayonlara düşdü, biz də yol boyu çəkilişlər etdik. Və fikirləşdik ki, mahnımın təqdimatı da musiqili video çarx vasitəsi ilə olsun. Mahnının çoxdan gözlənildiyini də bilirəm. Onu da qeyd edim ki, bu mahnıya klip çəkdirməyi də düşünürəm”.

 

LENT

26 Aprel 2018

Digər xəbərlər >>>