Sizin link burada

Küsülü olan Aygünlə Zülfiyyə bu klipdə bir araya gələcək - FOTOLAR

 

Azərbaycanın tanınmış simaları “Zəfərə doğru” adlı layihədə iştirak ediblər. Lent.az-ın məlumatına görə, sözləri Cəlal Qurbanov, musiqisi Eldar Mansurova məxsus klip çəkilişinə prezident İlham Əliyevin müəllimi Emma Kazımova, idmançılar, “Aprel döyüşləri” zamanı cəbhədə vuruşanlar və digər sənət nümayəndələri iştirakçı olaraq qatılıblar.

 

Qeyd edək ki, klipdə xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Nəzakət Teymurova, Könül Xasıyeva, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər Sevda Ələkbərzadə, Tünzalə Ağayeva, Abbas Bağırov, Murad Dadaşov, müğənnilər Zamiq Hüseynov, Eldar Qasımov, Samir Cavdzadə, Nigar Camal, Səbinə Babayeva, Emma Ələkbərzadə və başqaları yer alıblar.  

 

LENT

21 May 2018

Digər xəbərlər >>>