Sizin link burada

Millimiz çempionla bacarmadı

Bakıda keçiriləcək Türk Universiadasına hazırlaşan futzal üzrə Azərbaycan yığma komandası növbəti yoxlama oyunu keçirib. Apasport.az Azərbaycan Futzal Federasiyasının rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, Yüksək Liqanın çempionu "Araz"la qarşılaşan yığma 4:9 hesabı ilə məğlub olub.
 
 
 
Yığmanın qollarını Ramiz Çovdarov (3) və Kənan Manafov vurub.
 
 
Qeyd edək ki, yığma yarış çərçivəsində aprelin 7-də, saat 14:00-da Türkiyə millisi ilə qarşılaşacaq. Oyun Azərbaycan Texniki Universitetin idman zalında keçiriləcək.
 
 
 

LENT

21 İyul 2018

Digər xəbərlər >>>