Sizin link burada

Dünyanın ən yaxşı bombardiri açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2018-ci ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda ilin arxada qalan 3 ayı ərzində keçirilən beynəlxalq qarşılaşmalarda ən çox qol vuranlar yer alıblar.

 

Milli komandalarda, həmçinin qitə miqyaslı oyunlarda 4 və daha çox qol vuranların cədvəlinə 25 futbolçu daxil edilib. Planetin ən məhsuldar oyunçusu Mərakeş millisində 10, “Berkan”da 1 qol vuran Əyyub Əl Kaabidi. Onun hesabında ümumilikdə 11 top var.

 

2-ci yerdə Baqdad Bunedja qərarlaşıb. Qətərdə 5, “Əl-Sədd”lə 5 qola sevinən hücumçu 7 dəfə rəqib qapısına yol tapıb. Argentinalı Emiliano Tade və mərakeşli Yusef Əl-Ərəbi 6 qol vurublar. Onların hər ikisi yalnız klubunda qol sevinci yaşayıb. Emiliano Yeni Zelandiyanın “Oklend Siti”, Yusef isə “Əl-Duhail”in heyətində fərqlənməyi bacarıb.

 

Qeyd edək ki, Azərbaycan millsi və klubları bu il keçirilən beynəlxalq matçlarda cəmi 1 qol vurub. Yeganə topun müəllifi Riçard Almeydadı.

LENT

20 Aprel 2018
19 Aprel 2018

Digər xəbərlər >>>