Sizin link burada

Avroliqada ¼ final həyacanı başlayır

Bu gün Avropa Liqasında 1/4 həyəcanı start götürəcək. Apasport.az saytının məlumatına görə, mərhələnin ilk oyunları keçiriləcək.

 

Turnirin favoritlərindən olan “Arsenal” Moskva MOİK-ini qəbul edəcək. Rusiyanın turnirdəki yeganə təmsilçisi olan “hərbçilər” Londondan sərfəli nəticə ilə dönməyə ümidlidi. Avropa Liqasını qazanmağa əsas namizədlərdən biri kimi göstərilən “Atletiko” da ilk matçını evdə keçirəcək. İspaniya nəhəngi doğma azarkeşləri önündə “Sportinq”i sınağa çəkəcək.

 

Sensasiyalı şəkildə 1/4 finala qədər irəliləyən “Zalsburq” möcüzənin davamına çalışacaq. Bunun üçün Avstriya təmsilçisi ilk olaraq “Latsio” ilə səfər görüşündə uğurlu nəticə əldə etməlidir. Almaniya və Fransa çempionatlarının yüksək pillələrində qərarlaşan “Leyptsiq”lə “Marsel” isə öz aralarında münasibətlərinə aydınlıq gətirəcəklər.

 

 

Avropa Liqası

 

1/4 final (ilk oyunlar)

 

5 aprel

 

23:05. “Arsenal” (İngiltərə) – MOİK (Rusiya)

 

23:05. “Atletiko” (İspaniya) – “Sportinq” (Portuqaliya)

 

23:05. “Latsio” (İtaliya) – “Zalsburq” (Avstriya)

 

23:05. “Leyptsiq” (Almaniya) – “Marsel” (Fransa)

 

 

LENT

23 Aprel 2018

Digər xəbərlər >>>