Sizin link burada

Ceko: “Hakimin penalti verməyə “kişiliy”i çatmadı”

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Barselona” ilə qarşılaşan və 1:4 hesabı ilə məğlub olan “Roma”nın hücumçusu Edin Ceko oyundan sonra maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, bosniyalı forvard hakimdən narazılığını bildirib.

 

“İlk dəqiqələrdən biz ənənəvi oyun üslubumuzda oynayırdıq. “Barselona”nın çox güclü olmasına baxmayaraq, rəqibə pressinq edə bilirdik. 1:4 hesablı məğlubiyyət çox ağır oldu. Düzdü, 3 qol öz səhvimizdən oldu, amma matçın əvvəlində hakim mənim epizodumda penaltini versəydi, vəziyyət tam fərqli ola bilərdi. Düşünürəm ki, hakimin “Nou Kamp”da “Barselona”nın qapısına penalti verməyə “kişiliy”i çatmadı” – deyə Ceko bildirib.

 

LENT

20 Aprel 2018
19 Aprel 2018

Digər xəbərlər >>>