Sizin link burada

Çin ABŞ mallarına rüsumlar tətbiq edəcək

Rəsmi Pekin ABŞ-ın Çin istehsalı olan mallara rüsumlar tətbiq etməsinə cavab tədbiri olaraq, Amerika mallarına idxal rüsumları tətbiq edəcək.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Çinin ÜTT-dəki səfiri Çen Sənçen bildirib.  

 

Yerli KİV-lər qeyd edirlər ki, Çinin potensial cavab rüsumları ABŞ-ın yanvarda Çin istehsalı olan günəş batareyalarına rüsumların tətbiq etməsinə yönəlib.  

 

Çen Sənçen bildirib ki, Çin ABŞ-dan ÜTT-yə şikayət etmək niyyətindədir.

 

LENT

27 Aprel 2018
26 Aprel 2018

Digər xəbərlər >>>