Sizin link burada

Yaşadığı binada döyüb, xəstəxanalıq etdilər - Gəncədə

Gəncə sakini yaşadığı binada döyülüb.
 
 
 
APA-nın verdiyi məlumata görə, hadisə Adil xan Ziyadxanov küçəsində yerləşən yataqxanada baş verib.
 
 
 
Orada yaşayan 1995-ci il təvəllüdlü Elşad Məmmədəliyev döyülərək müxtəlif bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən E. Məmmədəliyevə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
 
 
 
E. Məmmədəliyevin kim tərəfindən döyüldüyü hələlik məlum deyil.
 
 
 
Faktla bağlı araşdırma aparılır.

LENT

22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>