Sizin link burada

"Gəlsin, Brillianta izah edim" - Nazpəridən müğənniyə cavab

Xalq artisti Nazpəri Dostəliyeva küsülü olduğu həmkarı Brilliant Dadaşovadan danışıb. 
 
Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, aparıcı Elgiz Əkbər "Səhər-səhər" verilişində B.Dadaşovanın küsülü olduğu Nazpəri haqda dediklərindən danışıb:
 
"Brilliant Dadaşova bizdə qonaq olanda dedi ki, çox üzdülər məni, haqqımı tapdaladılar. Bir layihə olmuşdu. Əcnəbilər məni yığdı. Onları Siyavuş Kərimi ilə tanış etdim. Məni layihədən çıxarıb, Nazpərini saldılar".
 
Onun bu sözlərinə Dostəliyeva etirazını bildirib:   
 
"Aramızda 10-15 il əvvəl anlaşılmazlıq olub. Onun dediyi həmin adamları tanımıram. Layihədə Şəfiqə Eyvazova, İlqar Muradov və Brilliant Dadaşova olub. Onların diski də çıxıb. Məndən qabaq bunlar baş verib. 
 
İkinci dəfə biz Norveçə şəxsi hesabımızla getdik. Biletlərimizi Siyavuşla özümüz aldıq. Siyavuşa dostu demişdi ki, yaxşı festivallar keçirilir, bizim xor kollektivimizlə orada iştirak edin. Biz də öz pulumuzla getdik və bütün festivallara qatıldıq. Bütün hər yer bu xəbəri verdi, necə unutmaq olar? Brilliant xanımın məlumatı yoxdur. Gəlsin, oturub Brillianta hər şeyi izah edim. 
 
Brilliant xanımın mərd xasiyyəti var. Amma insana sağdan, soldan söz deyilir. 1996-cı ildə bizim tam başqa söhbət üstündə münaqişəmiz oldu. Mənim oğlum Almaniyada imtahan verirdi. Məni məhkməyə vermişdi. Dedim, nə istəyirsən et, oğlum imtahan verir, buradan qayıtmayacam. Dedi ki, mən də anayam, bu işin üstündən xətt çəkirəm. Onun ana mərdliyini gördüm. 
 
Rəhmətlik İlhamə Quliyeva da pis adam deyildi. İnsanı sağı, solu yalanla qızışdırır. İnsan da qəfildən partlayır".

LENT

22 Aprel 2018
21 Aprel 2018

Digər xəbərlər >>>