Sizin link burada

Ağcabədidə ev yandı

Ağcabədinin Yuxarı Avşar kəndində birmərtəbəli 5 otaqlı evdə yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, evin yanar konstruksiyaları və ev əşyaları yanıb, yüksək temperaturdan evə bitişik talvarın lambirdən ibarət hissəsi əriyib.

Talvarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

LENT

20 İyul 2018
19 İyul 2018

Digər xəbərlər >>>