Sizin link burada

PKK-nın ən təhlükəli terrorçusu məhv edildi

Türkiyə Silahlı Qüvvələri (SQ) Afrində PKK terror təşkilatının ən təhlükəli terrorçularından biri Songül Coşqunu məhv edib.
 
Lent.az-ın Türkiyə mətbuatında istinadən xəbərinə görə, S.Coşqun İraqın şimalında Türkiyə SQ-a qarşı aktiv döyüşlərdə iştirak edib.
 
 
 
Qeyd olunur ki, bu təhlükəli terrorçu ilə birlikdə daha bir neçə terrorçu məhv edilib.
 
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

LENT

21 Aprel 2018
20 Aprel 2018

Digər xəbərlər >>>