Sizin link burada

5 yaşlı uşağın üstünə qaynar su töküldü - Xızıda

Xızı rayonunda 5 yaşlı qız bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alıb.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, hadisə rayonun Giləzi qəsəbəsində baş verib.

 

Belə ki, mətbəxtdə nəzarətsiz qalan 2013-cü il təvəllüdlü Gülsurə Seyid qızı Mustafayevanın üzərinə qaz üstündə qaynayan su dağılıb. Azyaşlı ağır yanıq xəsarətləri ilə Sumqayıt şəhər TTYX-a çatdırılıb. Müayinə zamanı azyaşlının 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri aldığı müəyyən edilib və dərhal Bakı şəhərinə gətirilib.

 

Xəstəxanadan bildirilib ki, uşağın vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

 

LENT

26 Aprel 2018

Digər xəbərlər >>>