Sizin link burada

Qaxda iki nəfəri it dişlədi: biri azyaşlıdır

Qaxda biri azyaşlı olmaqla iki nəfəri sahibsiz it dişləyib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün günorta saatlarında rayonun Ləkit kənd sakini 1989-cu il təvəllüdlü Rəvan Ramazan oğlu Hacıyev sağ budun, Qaxbaş kənd sakini 2010-cu il təvəllüdlü Adil Zaur oğlu Məsimov isə sol ayağın it dişləməsi xəsarəti ilə qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar.

 

MRX-dan verilən məlumata görə, müayinə zamanı hər iki şəxsi yaşadıqları kəndin inzibati ərazisində sahibsiz it dişləməsi məlum olub. Rəvan Hacıyev və Adil Məsimova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

 

LENT

27 Aprel 2018
26 Aprel 2018

Digər xəbərlər >>>