Sizin link burada

Zidan ulduz futbolçunun transferinə razılıq verdi

“Bavariya”nın hücumçusu Robert Levandovskinin “Real”a keçidi üçün daha bir maneə aradan qalxıb.

 

Qol.az-ın “AS” nəşrinə istinadən məlumatına görə, “kral klubu”nun baş məşqçisi Zinəddin Zidan da polşalı forvardın transferinə razılıq verib. Bundan sonra Madrid təmsilçisi “Bavariya” ilə danışıq aparıb, ortaq məxrəcə gəlməlidir. Əslində münhenlilər də keçidə qarşı deyil. “Real” Levandovski üçün tələb olunan 100 milyon avro təzminatı ödəsə, “Bavariya" rəhbərliyi yayda 29 yaşlı futbolçunu satmağa hazırdır.

 

Qeyd edək ki, “Real” təcrübəli hücumçunun keçidi üçün hazırda “Bavariya”da icarə əsasında çıxış edən Xames Rodrigesi də qarşı tərəfə təklif etməyə razıdır.

 

LENT

18 İyul 2018
17 İyul 2018

Digər xəbərlər >>>