Sizin link burada

Bu ölkə Rusiya ilə iqtisadi əlaqələri kəsdi

Ukrayna hökuməti Rusiya ilə iqtisadi əməkdaşlığa dair proqramın icrasını dayandırıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna Nazirlər Kabineti bu gün bu barədə qərar qəbul edib.

 

Ukrayna baş naziri Vladimir Qroysman deyib ki, Rusiya ilə iqtisadi əməkdaşlıq proqramının dayandırılması barədə qərar müzakirə edilmədən qəbul edilib.

 

Qeyd edək ki, Ukraynanın Rusiya ilə iqtisadi əməkdaşlıq barədə proqramı 2011-ci ildə qəbul edilib və 2020-ci ilə qədərki dövrü əhatə edib. Proqramda iki ölkənin müxtəlif sahələrdə, o cümlədən ticarət, nəqliyyat, sosial-humanitar, sərhəd və digər sahələrdə əməkdaşlığı nəzərdə tutulub.

 

V. Qroysman bundan öncə proqramın icrasının dayandırılmasının zəruri olması barədə bəyanatında bildirib ki,  bu, Ukrayna iqtisadiyyatı inkişaf istiqaməti ilə bağlıdır, Avropa İttifaqı və digər ölkələrə ixracın artırılması vacibdir.

LENT

26 Aprel 2018

Digər xəbərlər >>>