Sizin link burada

Bu rayonlarda 16 modul tipli məktəb qurulacaq

Prezident İlham Əlyiev "Lənkəran, Lerik və Astara rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" sərəncam imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Lənkəran, Lerik və Astara rayonlarında cəmi 860 şagird yerlik modul tipli 16 məktəbin quraşdırılması məqsədi ilə Təhsil Nazirliyinə 4 milyon 942 min  manat ayrılıb.

 

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 

Lənkəran, Lerik və Astara rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı:

 

Sıra    №-si

Təhsil müəssisələrinin adları

Ayrılan vəsait

1

Lənkəran rayonu Köhnəgəgir kənd 40 şagird yerlik modul tipli  ümumi orta məktəbin quraşdırılması

285 000

2

Lənkəran rayonu Jidi kənd 96 şagird yerlik modul tipli  ümumi orta məktəbin quraşdırılması

425 000

3

Lənkəran rayonu Alazəpin kənd 20 şagird yerlik modul tipli  ümumi orta məktəbin quraşdırılması

230 000

4

Lənkəran rayonu Türkəncil kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

330 000

5

Lerik rayonu Sivəkəran kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

230 000

6

Lerik rayonu Küsəkəran kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

315 000

7

Lerik rayonu Vov kənd 80 şagird yerlik modul tipli  ümumi orta məktəbin quraşdırılması

390 000

8

Lerik rayonu Monidigah kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

425 000

9

Lerik rayonu Kirəvud kənd 40 şagird yerlik modul tipli  ümumi orta məktəbin quraşdırılması

285 000

10

Lerik rayonu Zövnə kənd 40 şagird yerlik modul tipli  ümumi orta məktəbin quraşdırılması

285 000

11

Lerik rayonu Vılıq kənd 80 şagird yerlik modul tipli  ümumi orta məktəbin quraşdırılması

390 000

12

Lerik rayonu Vamazğon kənd 40 şagird yerlik modul tipli  ümumi orta məktəbin quraşdırılması

285 000

13

Lerik rayonu Kaqoy kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

262 000

14

Lerik rayonu Conu kənd 56 şagird yerlik modul tipli  ümumi orta məktəbin quraşdırılması

315 000

15

Astara rayonu Şəmətük kənd 20 şagird yerlik modul tipli  ibtidai məktəbin quraşdırılması

230 000

16

Astara rayonu Doli kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

260 000

 

Cəmi

4 942 000

 

 

LENT

27 Aprel 2018
26 Aprel 2018

Digər xəbərlər >>>