Sizin link burada

Türkiyə ABŞ-la Mənbic üzrə razılığa gələ bilmədi

 

 

ABŞ və Türkiyə Suriyanın Mənbic şəhərindəki vəziyyətlə bağlı razılığa gələ bilməyiblər.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.   

 

“Razılaşmaya nail olunmayıb”, - deyə X.Nauert jurnalistlərə bildirib.  

 

Qeyd edək ki, 2016-cı ilin iyununda Mənbic şəhəri üzərində nəzarət İŞİD-dən YPG kürd silahlı qruplaşmasına keçdikdən sonra ABŞ  kürd dəstələrinin şəhərdən çıxarılmasını təmin edəcəyini Ankaraya vəd edib. Lakin Vaşinqton indiyədək vədini yerinə yetirməkdən boyun qaçırır.    

 

LENT

20 İyul 2018
19 İyul 2018

Digər xəbərlər >>>