Sizin link burada

Ağsuda gənclər arasında bıçaqlanma

Ağsuda gənclər arasında baş verən dava bıçaqlanma ilə nəticələnib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında Ağsu şəhərində qeydə alınıb. Rayon sakini, 1984-cü il təvəllüdlü Güləliyev Tural Ağa oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmyerlisi, 1982-ci il təvəllüdlü Cəlilov Cəlil Zakir oğlunu bıçaqlayıb. Zəlil Cəlilov Ağsu rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb.

 

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

 

LENT

22 Aprel 2018
21 Aprel 2018

Digər xəbərlər >>>