Sizin link burada

Rusiyalı diplomatlar Britaniyanı tərk etdi

Rəsmi Londonun irəli sürdüyü tələblərə uyğun olaraq, 23 rusiyalı diplomat Böyük Britaniyanı tərk edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, diplomatlar ailələri ilə birlikdə Stensted hava limanından artıq Moskvaya yola düşüb.

 

Qeyd edək ki, Böyük Britaniya hökuməti martın 4-də ölkə ərazisində - Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücuma cavab addımı olaraq 23 rusiyalı diplomatın ölkədən çıxarılmasına dair qərar verib.

 

Londonun qərarına cavab olaraq Moskva da analoji addım atıb.

 

LENT

22 Aprel 2018
21 Aprel 2018

Digər xəbərlər >>>