Sizin link burada

Lənkəranda bıçaqlanma

Lənkəranda bıçaqlanma hadisəsi olub. APA-nın cənub bürosunun məlumatına görə, hadisə şəhərin "Raypo yaşayış massivi" adlana ərazidə baş verib.

 

Anar Mahmudov küçəsində qeydiyyatda olan, 1966-cı il təvəllüdlü, Şirzad Əlihüseyn oğlu Əmənov tanıdığı şəxslər tərəfindən dava zamanı bıçaqlanıb.

 

Yaralı ətrafdakı insanların köməkliyi ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra, vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

 

 

Faktla bağlı araşdırma aparılır.

 

LENT

18 İyul 2018
17 İyul 2018

Digər xəbərlər >>>