Sizin link burada

“NAZ” çaya düşdü, xəsarət alan var

Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə İsmayıllı rayonu ərazisində “NAZ” markalı minik avtomobilinin çaya düşməsi barədə məlumat daxil olub. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə zamanı yaralanaraq köməksiz vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

 

LENT

19 Aprel 2018

Digər xəbərlər >>>