Sizin link burada

Azərbaycana bahar gəldi

Azərbaycana bahar gəlib.
 
 
 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılovun APA-ya verdiyi məlumata görə, bahar martın 20-si, Bakı vaxtı ilə saat 20:15 radələrində ölkəyə qədəm basıb.
 
 
 
Onun sözlərinə görə, baharın gəlişi ilə gecə - gündüz bərabərliyi baş verib.
 
 
 
Günəşin səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid etdiyini deyən direktor müavini qeyd edib ki, həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olub: “Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınıb. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir”.

LENT

22 Aprel 2018
21 Aprel 2018

Digər xəbərlər >>>