Sizin link burada

1 yaşlı qızın üstünə qaynar su töküldü

Cəlilabadda azyaşlı uşağın üzərinə qaynar su tökülüb.

 

APA-nın Cənub bürosunun məlumatına görə, rayonun Təklə kəndində 2017-ci il təvəllüdlü, Aynur Kəmaləddin qızı Tağıyevanın üzərinə qaynar su tökülüb.

 

Ağır yanıq xəsarətləri alan azyaşlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ilkin tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

 

A. Tağıyeva Bakıya xəstəxanalardan birinə yola salınacaq.

 

Faktla bağlı araşdırma aparılır.

LENT

19 Aprel 2018

Digər xəbərlər >>>