Sizin link burada

DİN 2 nəfərin öldüyü hadisə barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Şəkidə baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 19-da saat 23 radələrində Şəki rayonunun Aşağı Küngüt kəndi ərazisində Kiçik Dəhnə kənd sakini Allahverdi Mustafayev idarə etdiyi “VAZ-21064” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə onun sərnişinlərindən həmkəndliləri Adəm Adıgözəlov və Murad Həşimov hadisə yerində ölüb. Sürücü və digər 2 sərnişin xəstəxanaya yerləşdiriliblər.

 

 

Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.

 

LENT

19 İyul 2018

Digər xəbərlər >>>