Sizin link burada

Qəzada yaralanan şəxsi aparan tibbi yardım maşını qəzaya düşdü

Bu gün Tovuzun Cırdaxan kəndində yol nəqliyyat qəzası baş verib.

 

APA-nın Qərb bürosunun məlumatına görə, "Daewo" markalı avtobusla minik avtomobili toqquşub, bir nəfər xəsarət alıb.

 

Hadisə yerinə gedən təcili-tibi yardım avtomobili isə qəzada xəsarət alan şəxsi xəstəxanaya aparan zaman Tovuz şəhərinin girəcəyində "VAZ 2106" markalı avtomobillə toqquşub.

 

Qəza zamanı təcili-tibbi yardım avtomobilinin sürücüsü xəsarət alıb.

 

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

LENT

27 Aprel 2018
26 Aprel 2018

Digər xəbərlər >>>