Sizin link burada

Ermənistan silahlı bölmələri Ağdamda təlim keçirir

Ermənistan silahlı bölmələri işğal altındakı Azərbaycan torpaqlarında hərbi təlimləri davam etdirir.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hərbi təlim qoşunların qarşıdurma xəttinin Ağdam işğal altında olan Kəngərli və Uzundərə adlanan ərazisində müşahidə olunur.

 

Təlim zamanı zirehli texnika və artilleriya qurğularından istifadə edilir. Hazırda Ermənistan ordusunun təlimi atışlarının səsi cəbhəyanı ərazilərdə aydın eşidilir.

LENT

22 Aprel 2018
21 Aprel 2018

Digər xəbərlər >>>