Sizin link burada

Bakıda klinikada həyəcan siqnalı – oğru tutuldu

Bakıda oğurluğa cəhd etmiş şəxs tutulub. Lent.az xəbər verir ki, martın 19-u saat 13:50 radələrində, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun 20 yanvar küçəsində yerləşən, “Dobromed” klinikasindan Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub. Siqnal yoxlanılarkən klinikada həkim işləyən paytaxt sakini M.Qədirovanın otağından oğurluğa cəhd göstərmiş Tərtər rayon sakini, 1972-ci il təvəllüdlü, əvvəllər AR CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş İsmayılov Firdovsi Davud oğlunu tutulub. O, sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə 19-cu Polis Bölməsinə təhvil verilib. Faktla bağlı Nəsimi RPİ-nin 19-cu PB-də araşdırma aparılır.

 

LENT

22 Aprel 2018
21 Aprel 2018

Digər xəbərlər >>>