Sizin link burada

Goranboyda avtobus qəzası: ölən var

Goranboyda piyadanı avtobus vurub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolun Goran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Yolu keçmək istəyən Naftalan şəhər sakini 1966-cı il təvəllüdlü Şərifov Suliddin Qəməd oğlu hərəkətdə olan avtobus tərəfindən vurulub. Piyada hadisə yerində ölüb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

LENT

21 İyul 2018

Digər xəbərlər >>>