Sizin link burada

Bakıda marşrut avtobuslarında sərnişinlərə SÜRPRİZ

Novruz bayramı ərəfəsində 18, 61, 65 və 85 saylı xətlər üzrə xidmət göstərən yeni avtobuslarda sərnişinlərə sürpriz edib. Lent.az xəbər verir ki, avtobus xətlərini istismar edən “Xaliq Faiqoğlu” şirkətinin əməkdaşları milli geyimlərdə avtobuslara daxil olaraq sərnişinlərə bayram sovqatları təqdim ediblər.

 

Şirkətin qeyri-adi bayram təbrikini böyük sevinclə qarşılayan sərnişinlər öz dərin təşəkkürlərini ifadə ediblər. Yuxarıda qeyd edilən nömrəli marşrutların nümunəvi fəaliyyət göstərdiyini vurğulayan sərnişinlər, şirkətin rəhbərliyinə və əməkdaşlara təşəkkür ediblər. Onu da qeyd edək ki, paytaxtımıza turist kimi gəlmiş Fransa, İran, İraq və Türkiyə vətəndaşları milli geyimli xanımlara və şirniyyatlarımıza xüsusi maraq göstərib. Şirkətin təqdim etdiyi bayram sovqatlarından dadan turistlər milli geyimli əməkdaşlarımızla fotolar çəkdiriblər və xoş təəssürata görə minnətdarlıq ediblər. Turistlər Bakının mərkəzində ictimai nəqliyyatın yüksək səviyyədə xidmət göstərdiyini, avtobusların rahat, təmiz və işıqlı olduğunu vurğulayıblar.

 

Aksiya zamanı 200-dən artıq şəxsə bayram sovqatları təqdim edilib. Paytaxt sakinləri diqqətə görə minnətdarlıq ediblər.

 

LENT

27 Aprel 2018
26 Aprel 2018

Digər xəbərlər >>>