Sizin link burada

Bakıda avtobusun altında qalan qadın öldü

Bakıda marşrut avtobusu ağır qəza törədib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 19-da saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Bəxtiyar Həmzəliyev idarə etdiyi “İsuzu” markalı xətt avtobusu ilə yolu keçən həmyerlisi Mehriban Ağaverdiyevanı vurub.

 

Piyada hadisə yerində ölüb.

 

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

LENT

27 Aprel 2018
26 Aprel 2018

Digər xəbərlər >>>