Sizin link burada

“Qadın yataq otağına girən kimi gəlib məni apardılar"

Evində fahişəxana açmaqda təqsirləndirilən Elşad Zamanova qarşı irəli sürülən ittiham sübuta yetirilməyib. Lent.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Səbail rayonunda yerləşən mənzildə gəlir əldə etmək məqsədi ilə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edilməsi barədə E.Zamanova qarşı ittiham irəli sürülüb. Belə ki, 16 dekabr 2016-cı il tarixində saat 19 radələrində Dadaşov Cəlal Ziyafət oğlunun fahişəliklə məşğul olan Səfərova Elnarə Qambay qızı ilə həmin mənzilə gətirib 30 manat pul müqabilində cinsi əlaqədə olması faktı aşkar edilib. E.Zamanov həmin mənzilin sahibi olub.

 

Onun vəkili Vasif İsrafilov bildirib ki, müvəkkili sadəcə evini kirayə verib və həmin şəxslər də o tarixdə kirayənişin kimi evə baxıblar.

 

E.Zamanov da ifadəsində özünü təqsirli bilməyib: “Dekabrın 13-də Cəlal mənə zəng edib kirayə evə baxmaq istədiyini dedi. Gələndə yanında da 30-35 yaşlı bir qadın var idi. Biz evi aylıq kirayə pulunu 200 manata razılaşdıq, Cəlal 30 manat beh verdi. Qadın da evi gəzib yataq otağına girdi. Dedilər ki, əşyalarını gətirəndən sonra evə köçəcəklər. Cəlal qadını çağırmaq üçün yataq otağına girdi, bu vaxt İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən 4-5 nəfər evə daxil olub məni idarəyə apardılar”.

 

Səbail rayon Məhkəməsinin hökmü ilə E.Zamanov Cinayət Məcəlləsinin 244-cü (əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə təqsirli bilinib və hər ay qazancının 15%-i məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

 

Hökmdən verilən apelyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədov təmin edib və qərara əsasən İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin ittihamının sübuta yetirilmədiyi bildirilib. Bu səbəbdən Səbail rayon Məhkəməsinin hökmü ləğv edilib və E.Zamanova bəraət verilib.

 

LENT

22 Aprel 2018
21 Aprel 2018

Digər xəbərlər >>>