Sizin link burada

ABŞ və Cənubi Koreya birgə hərbi təlimləri bərpa edir

Rəsmi Vaşinqton və Seul Koreya yarımadasında birgə hərbi təlimləri davam etdirəcək.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun məlumatında deyilir.

 

Bildirilir ki, Şimali Koreya tərəfi hərbi təlimlərin bərpası ilə bağlı məlumatlandırılıb. Yeni təlimlərə aprelin 1-də start veriləcək.

 

Qeyd edək ki, təlimlərə Cənubi Koreyanın Pxençxan şəhərində Qış Olimpiya və Paralimpiya Oyunları ilə əlaqədar fasilə verilmişdi.

 

Martın 9-da Şimali Koreya lideri Kim Çen In nüvə və raket sınaqlarından  imtina etməyə hazır olduğunu bəyan edib. ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri ilə may ayınadək görüşün keçirilməsinə razılıq verib.

 

LENT

19 Aprel 2018

Digər xəbərlər >>>