Sizin link burada

“Uber”in pilotsuz avtomobili adam öldürdü

Arizona ştatında baş vermiş bədbəxt hadisədən sonra “Uber Technologies” şirkəti pilotsuz avtomobillərin sınaqlarını naməlum müddətə dayandırıb.

 

Lent.az-ın "oxu.az"-a istinadən xəbərinə görə, buna səbəb sınaqlarda bir qadının həlak olmasıdır. 

 

İlkin məlumata görə, Arizona ştatında avtonom rejimdə işləyən “Uber” avtomobili  gecə saatlarında velosipedi ilə yolu keçən 49 yaşlı qadını vurub. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. İnsidentdən sonra mobil-inteqrasiyalı taksi sifarişi şirkəti bütün şəhərlərdə avtonom taksilərin sınaqlarını dayandırıb.

 

Avtonom maşınların sınaqlarında bir neçə dəfə yol qəzaları baş versə də, son qəza ölüm halının qeydə alındığı ilk hadisədir. “Uber”in baş direktoru Dara Xosrovşahi qadının ailəsinə başsağlığı verib.

 

LENT

22 Aprel 2018
21 Aprel 2018

Digər xəbərlər >>>