Sizin link burada

Göygöldə “VAZ” piyadanı vurdu

Gəncə-Daşkəsən yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol qəzası qeydə alınıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hərəkətdə olan “VAZ 2109” markalı avtomobil 1984-cü il təvəllüdlü Xirətləndi Elgünü vurub. Sürücü vurduğu piyadanı xəstəxanaya çatdırıb. Yaralıya müvafiq tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

 

İlkin ehtimala əsasən, hadisə zamanı piyada sərxoş olub. Faktla bağlı araşdırma aparılır.

 

LENT

20 İyul 2018
19 İyul 2018

Digər xəbərlər >>>