Sizin link burada

Ərdoğanla Putin arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı olub.

 

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Ərdoğan Vladimir Putini Rusiyada keçirilən prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

 

Söhbət zamanı tərəflər ikitərəfli münasibətlər, aprel ayında İstanbulda keçiriləcək Suriya üzrə zirvə toplantısını müzakirə ediblər.

 

Prezidentlər iki ölkə arasında əməkdaşlığı gücləndirmək istiqamətində qərarlı olduqlarını təsdiqləyiblər.

 

LENT

21 Aprel 2018
20 Aprel 2018

Digər xəbərlər >>>