Sizin link burada

Goranboyda xəstəxana tikintisinə 22 milyon manat ayrıldı

Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, sərəncama əsasən, Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 22,35 milyon manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılıb.

Bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb.

LENT

18 İyul 2018
17 İyul 2018

Digər xəbərlər >>>